3 oktyabr 2012 23:27
“Ustalıq səviyyəsində Xəzər Lənkərana uduzduq”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 8-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq əzmində idik. Oyun boyu komandamız üstün oynasa da, ustalıq səviyyəsində “Xəzər Lənkəran”a uduzduq. Komandanın bugünkü oyunu düz yolda olduğumuza inamı artırır”.
