3 oktyabr 2012 00:03
İnterin Neftçi ilə oyun üçün start heyəti müəyyənləşdi
İtaliyanın “İnter” klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəyi oyun üçün start heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, italiyalı jurnalistlər baş məşqçi Andrea Stramaççoninin aparıcı futbolçularla risk etməyəcəyini iddia edir.
Belə ki, gənc mütəxəssis əsas heyət üzvlərinin əksərini “Milan”la derbiyə qorumaq niyyətindədi. Bu üzdən də o, Bakıdakı oyunda əsasən ehtiyat heyətin üzvlərinin xidmətindən yararlanmaq istəyir.
İtaliyalı həmkarlarımız Stramaççoninin “Neftçi” ilə görüşdə 3-5-2 taktikasını seçəcəyini və aşağıdakı heyətdən yararlanacağını yazır: Samir Handanoviç – Matias Silvester, Matteo Byanketti, Juan Jesus – Conatan, Freddi Quarin, Qabi Mudinqayi, Valter Qarqanov, Alvaro Pereyra – Filip Koutinyo, Marko Liviya.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
