3 oktyabr 2012 00:35
İnter Valter Samueli də Bakıya gətirmir
İtaliyanın “İnter” klubunun daha bir futbolçusu Bakıya gəlməyəcək. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Milan təmsilçisinin argentinalı müdafiəçisi Valter Samuel də komandamıza qarşı oynaya bilməyəcək.
Samuelin də Bakıya gətirilməməsinin əsas səbəbi onun qarşıdakı Milan derbisinə daha yaxşı hazırlaşması ilə bağlıdı.
Xatırladaq ki, “neradzurra”nın məşqçilər korpusu Samueldən öncə daha bir argentinalı futbolçu – Dieqo Militonu da Bakıya gətirməməyə qərar vermişdi. Sky-ın məlumatına görə eyni səbəbdən Esteban Kamyasso və Yuto Naqatomonun da ölkəmizə gəlməməsi mümkündü. Uesli Sneyder isə zədə səbəbindən “Neftçi” ilə görüşdə iştirak edə bilməyəcək.
