3 oktyabr 2012 00:52
8-ci turun dörd oyunu canlı yayımda
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasının bu həftə keçiriləcək 8-ci turunun 5 oyunundan dördü canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, aşağıda göstərilən qarşılaşmalar canlı yayımla futbol azarkeşlərinə təqdim olunacaq.
Topaz Premyer Liqası
8-ci tur
3 oktyabr (çərşənbə)
AZAL – “Xəzər Lənkəran”
AZAL Arena, 18:30 (canlı, "İdman Azərbaycan")
4 oktyabr (cümə axşamı)
“Simurq” – “Sumqayıt”
Zaqatala şəhər stadionu, 18:00 (www.pfl.az)
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, "İdman Azərbaycan")
“Rəvan” – “İnter”
Bayıl Arena, 19:00 (canlı, "İdman Azərbaycan")
