3 oktyabr 2012 20:21
AZAL-a ilk məğlubiyyəti Xəzər Lənkəran yaşatdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir matç baş tutub.
Açılış matçında AZAL və “Xəzər Lənkəran” üz-üzə gəlib. Şüvəlandakı “AZAL Arena”da keçiriləcək qarşılaşma böyük maraqla gözlənilirdi. Görüş son dövrlər uğursuzluq zolağında olan "ağ-yaşıllar"ın qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu, paytaxt təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidi.
Qeyd edək ki, bu turun “Neftçi” – “Turan” görüşü son ölkə çempionunun Avropa Liqasındakı çıxışı ilə əlaqədar başqa tarixə keçirilib.
Topaz Premyer Liqası
8-ci tur
3 oktyabr (çərşənbə)
AZAL – XƏZƏR LƏNKƏRAN - 0:2 (0:2)
Qollar: M.Skarlatake, 40 (0:1), M.Skarlatake, 45 (0:2)
Şüvəlan. AZAL Arena.
Oyun başladı
5. Hər iki komanda ilk dəqiqələrdən çox fəaldı. Qonaqların müəyyən üstünlüyü diqqət çəkir
6. Qapıya ilk zərbə Tounkaradan gəlir: top qapının üstündən keçir
8. Alviz oyunda ilk sarı vərəqə alan futbolçu olur
9. AZAL təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: T.Novruzovun zərbəsini son anda Sadıqlı kornerə çıxarır
9. İlk korner meydan sahiblərindən gəlir: uğursuz alınır
12. Tounkaranın hesabı açmasına son anda C.Həsənzadə mane oldu
14. AZAL az qala hesabı açacaqdı. C.Tağıyevin Benuahinin ideal ötürməsini qola çevirməsinə Sadıqlı əla reaksiya ilə mane olur
18. R.Abışovun uzaqdan zərbəsi müdafiəçiyə toxunaraq hədəfdən yan keçir
18. Qonaqların korner vuruşundan heç nə alınmır
25. Qarşılıqlı hücumlar davam etsə də, hələ ki, qol yoxdu
28. XL təhlükəli nöqtədən cərimə zərbəsi vurur: Pitin vuruşunda top canlı səddən dönür
30. Pitin ötürməsini Rahid qolla tamamlamağa yaxın olsa da, topa dəqiq zərbə endirə bilmir
36. T.Novruzov sarı vərəqə ilə cəzalanır
39. Benuahinin zərbəsini Sadıqlı tutur
39. Subaşiçə qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusuna görə U.Ndukaya sarı vərəqə göstərilir
40. Skarlatake bu cərimə zərbəsini boşa vermir və əla vuruşla çərçivəni dəqiq nişan alır - 0:1
42. Meydan sahiblərinin kornerdən fərqlənməsinə imkan verilmir
43. Tounkara sarı vərəqə alır
45. Pitin künc nöqtəsindən ötürdüyü topu yenə Skarlatake başla tora qovuşdurur - 0:2
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Skarlatake sarı vərəqə alır
57. Taqayev yerini A.İsayevə verir
60. T.Novruzovun əvəzində meydana A.Veliçka çıxır
62. XL-da Tounkaranı D.Sialmas əvəzləyir
64. Sialmasın ilk işi sarı vərəqə almaq olur
73. Nildonun qola sevinməsinə son anda Sadıqlı mane olur
73. AZAL-ın korner vuruşundan heç nə alınmır
78. Alvizin zərbəsinin qarşısını Həsənzadə alır
80. AZAL daha bir kornerdən yararlana bilmir
84. C.Tağıyev yerini R.Tağızadəyə verir
85. Yenə korner, yenə AZAL, yenə uğursuz...
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Bakılıların növbəti korneri də uğursuz bitir
Matç başa çatdı
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Junior Nildo, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 22. Ruslan Tağızadə, 15. Oskar Klyava, 10. Tərlan Xəlilov, 77. Arif İsayev, 37. Andrius Veliçka.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 7. Sadio Tounkara, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 3. Vanderson Skarduelli, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 11. Dimitris Sialmas, 99. Beto.
Turun qalan görüşləri sabah keçiriləcək: “Kəpəz” – “Qarabağ”, “Bakı” – “Qəbələ”, “Simurq” – “Sumqayıt”, “Rəvan” – “İnter”.
1
7
4
3
0
10-2
15
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3- Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
