4 oktyabr 2012 01:03

“Azərbaycanda qalib gəlmək üçün hər şeyə qadirik”

Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatının ilk günündən Koreya XDR-in hücum xətti rəqib komandaların cərimə meydançasında tufan qoparır. B qrupunda keçirdiyi üç qarşılaşma ərzində vurulan 13 qoldan yeddisinin müəllifi Ri Un-Sim və Ri Kyonq-Hyanq olmuşdu. Bu baxımdan, oyun sonrası media başlıqlarında məhz, onların adlarına rast gəlinməsi heç də təsadüfi deyil.
 
Bununla belə, bəzi oyunları sadəcə statistikaya əsaslanaraq qiymətləndirmək düzgün olmaz. Kim Fyonq-Hva, Çou Yun-Qyonq, Ri Hyanq-Sim və Çou Çanq-Bok kimi  arxa xətdə oynayaraq hücumçulara dəstək verən bir çox istedadlı və bacarıqlı yarımmüdafiəçilər də var. Onların vəzifəsi bu iki məhsuldar hücumçu üçün əlverişli qol vəziyyətləri yaratmaqdan ibarətdir.
 
 “Təkcə bu iki hücumçudan ehtiyat etmək olmaz, çünki Koreya XDR-ə qarşı oynayarkən təhlükə istənilən yerdən adamı yaxalaya bilər. Onlara qarşı müdafiə olunmaq çox çətindir – onların yarımmüdafiəçiləri bütün meydan boyu səpələnirlər”, deyə ABŞ yığmasının baş məşqçisi Albertin Montoya iki ölkənin 1-1 hesabı ilə bitən və amerikanların top fərqində uduzaraq çempionatı tərk etməsi ilə nəticələnən qarşılaşmasından sonra bildirmişdi.
 
Həm mərkəz müdafiəçisi, həm də hücuma meylli yarımmüdafiəçi rolunu yerinə yetirən Çanq-Bokun oyunu səylə çalışan komandanın unikallığına bariz nümunədir. Çempionatın ilk günündən etibarən Şimali Koreya yığmasının 15 nömrə altında meydana çıxan bu futbolçusu istənilən mövqedə mükəmməl oyun nümayiş etdirir. Müdafiədə rəqib hücumlarını dəf etmək bacarığı və eyni dərəcədə hücumda fəallığı ilə seçilən oyunçu komandanın start heyətinin dayaq nöqtəsidir.
 
Ünvanına səsləndirilən xoş sözləri o, əsl kapitan kimi bütün yoldaşları ilə bölüşür. “Komandamın adına olduqca sevinirəm, çünki biz çox səylə çalışdıq. Heyətmiizdə ayrı-ayrı güclü oyunçular var, lakin biz bir komanda kimi oynayırıq” deyə o, FIFA.com saytına müsahibəsində bildirdi.
 
Dəyanət və özünə inam
 Çanq-Bok 17 yaşadək qızlardan ibarət komandanın sükanı arxasında olan Hvanq Yonq-Bonqun yüksək dəyərləndirdiyi keyfiyyətləri özündə cəmləşdirir. Baş məşqçi şimali koreyalıların Azərbaycan 2012 çempionatının dörddə bir finalına qədər irəliləməsinə imkan verən birlik, mübarizə ruhu və komanda işi kimi məziyyətlərin nə qədər vacib olduğunu qeyd edir.  
 
ABŞ-a qarşı keçirdikləri qrup oyununun final fiti səslənərkən məşqçi “arzu olunan nəticəni əldə etmək üçün 90 dəqiqə ərzində göstərdikləri şücaətli oyuna görə” oyunçuları təbrik etməyə tələsirdi. 
 
Dəyanət də Koreya XDR komandasına xas digər bir keyfiyyətdir. “Səkkizliyə yüksəlmək böyük nailiyyətdir, lakin biz hələ yolun sonuna çatmamışıq”, deyə Çanq-Bok bildirdi. “Kanadaya qarşı dörddə bir final oyununda daha səylə çalışmalıyıq. ABŞ-la oyunda bizə lazım olan nəticəni qazansaq da, bütün bacarığımızı sərgiləmədik. Daha yaxşı oyun bacarığına qadir olduğumuza və komanda yoldaşlarımın bundan sonra bütün güclərini ortaya qoyacaqlarına əminəm” , deyə o, əlavə etdi.
 
Şimali Koreya yığmasının düşərgəsində ən vacib söz “özünə inam”dır. “Bu çempionat bizim üçün əla bir təcrübə oldu. Lakin ən vacib məqam qalib gəlməkdir. Düşünürəm ki, 17 yaşadək qızların dünya kubokuna sahib çıxmaq üçün hər şeyə qadirik. Əslində biz buna heç şübhə belə etmirik”, Çanq-Bok söylədi.
 
“Komanda yoldaşlarıma tam arxayınam. Mənim futbol kumirlərim Kristiano Ronaldo, Lionel Messi, Homare Sava və yaxud da Marta deyil, mənim kumirlərim Koreya XDR yığmasını təşkil edən digər 18 futbolçudur”, deyə o, sözlərinə yekun vurdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.