4 oktyabr 2012 22:51
Neftçi Milan İnterinə məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
“Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşmüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacarmışdı – 1:1. İndi təmsilçimiz bu uğurun davamını “İnter”lə görüşdə gətirməliydi. Hansı ki, İtaliya klubu H qrupunun əsas favoritidi və “ağ-qaralar”ın belə bir dünya nəhəngi ilə sınağı böyük maraqla gözlənilirdi. Lakin təəssüf ki, komandamız bu dəfə məğlubiyyətlə üzləşib.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Rusiya təmsilçisi "Rubin"lə münasibətlərinə aydınlıq gətirib. Rusiya təmsilçisi qalib gələn tərəf olub.
Avropa Liqası
H qrupu
4 oktyabr
NEFTÇİ – İNTER (Milan) - 1:3 (0:3)
Qollar: Koutinyo, 10 (0:1), J.Obi, 31 (0:2), M.Livaya, 42 (0:3), N.Kanales, 53 (1:3).
Baş hakim: Kevin Blom (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. İlk dəqiqələr daha çox meydanın mərkəzindəki mübarizələrlə diqqət çəkir
10. Müdafiənin sol cinahındakı kobud səhvdən sonra Quarinin ötürməsini Koutinyo qola çevirir - 0:1
16. Oyunda ilk korneri "Neftçi" yerinə yetirir: Handanoviç çıxışda yaxşı oynayır
17. Rəqib qapısına ilk zərbəni Vobay vurur. Dəqiq olmur
23. "Neftçi" hesabı bərabərləşdirməyə çox yaxın olsa da, Flavinyo Mahirin ötürməsinə toxuna bilmir
24. Obi oyunda ilk sarı vərəqənin müəllifi olur
28. Oyunun ən fəallarından olan Koutinyonun hiyləgər zərbəsi qapıdan yan keçir
30. Kanales Flavinyonun ötürməsini başla qapıya göndərmək istəsə də, alınmır
31. Obi əks-hücum zamanı yenə Quarinin ötürdüyü topu dəqiq zərbə ilə tora qovuşdurur - 0:2
32. Vobayın uzaqdan zərbəsini qapıçı tutur
34. Cərimə zərbəsi zamanı Flavinyonun ötürməsindən sonra Sadiqov qapını dəqiq nişan ala bilmir
41. "İnter"in korner vuruşu zamanı komandamız topu uzaqlaşdırır
42. Quarinin ötürməsi zamanı müdafiəçimizə dəyən top Livayanın qarşısına düşür və o, boş qapını nişan almaqda çətinlik çəkmir - 0:3
44. "İnter"in növbəti korneri: futbolçularımız təhlükəni sovuşdururlar
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Neftçi" ikinci hissəyə əvəzetmə ilə başlayır: K.Nirəhmədovu M.Seyidov əvəzləyir
47. Bertuççinin uzaqdan zərbəsini Handanoviç kornerə çıxarır. Lakin korner vuruşumuz alınmır
48. "Neftçi" daha iki korner yerinə yetirsə də, yenə istəyinə nail ola bilmir
53. Vobayın ötürməsini Kanales tora qovuşdurur - 1:3
54. Stamenkoviç komandamızı qoldan xilas edir
56. Komandamızın künc zərbəsi zamanı Handanoviç topu tutur
60. Livayanın zərbəsini Stamenkoviç dəf edir
64. Obinin əvəzində meydana Ranokkya çıxır
73. Kambyasso sarı vərəqə ilə cəzalanır
75. Koutinyonu Qarritano əvəzləyir
82. Quarinin əvəzində meydana Qarqano çıxır
84. A.Pereyra da sarı vərəqə ilə cəzalanır
85. Bertuççinin əla cərimə zərbəsini qapıçı kornerə çıxarır. Korner vuruşundan yenə heç nə alınmır
88. Conatan da sarı vərəqə ilə cəzalanır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 21. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 8. Elşən Abdullayev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
İNTER: 1. Samir Handanoviç, 6. Matias Silvestre, 21. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 14. Freddi Qurarin, 16. Qabi Mudinqayi, 19. Esteban Kambyasso (k), 20. Joel Obi, 7. Koutinyo, 88. Marko Livaya.
Ehtiyat oyunçular: 12. Luka Kastellatsi, 23. Andrea Ranokkya, 44. Matteo Byanketti, 55. Yuto Naqatomo, 21. Valter Qarqano, 24. Marko Benassi, 61. Luka Qarritano.
Baş məşqçi: Andrea Stramaççoni.
