4 oktyabr 2012 13:51
Millimiz bu gün İspaniyada növbəti matçına çıxır
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, millimiz Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
