4 oktyabr 2012 14:46
Kazbek Tuayev: Neftçi bu cür İnteri məğlub edə bilər
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Stadiona getməyəcəm. Oyunu televizordan izləyəcəyəm. Orda xüsusi nə olacaq ki? “İnter” Bakıya ən yaxşı oyunçularını gətirməyib. Çox istərdim ki, çempionumuzun bu komanda üzərində qələbəsini görüm. “Neftçi” bu cür “İnter”i məğlub edə bilər. Əgər indi də bunu edə bilməyəcəyiksə, nə vaxt edəcəyik? Əgər taktiki cəhətdən düzgün oynasaq, bu yolda problem yaranmamalıdı. Məşqçilərimizə heç bir məsləhət verməyəcəm. Onlar özləri hər şeyi daha yaxşı bilirlər. İndiki “İnter”i keçilməz rəqib saymaq olmaz. Düzdü, bu komanda dünya nəhənglərindən biri sayılır. Amma onları məğlub etmək olar. Çünki aparıcı futbolçuları “Neftçi”yə qarşı oynamayacaq. Həm də onlar indi daha çox “Milan”la qarşılaşmanı düşünürlər. Heç kimə sirr deyil ki, Avropa Liqası artıq belə klublar üçün lazımsız turnirə çevrilib”.