4 oktyabr 2012 15:30
Cavid İmamverdiyev Rubin ilə oyunda da iştirak etməyə bilər
Məlum olduğu kimi, Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubu ilə bu gün baş tutacaq qarşılaşmanı buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, gənc futbolçunun çıxışı zədə səbəbindən baş tutmayacaq.
Lakin o, buna görə qarşıdakı oyunlarda da komandasına kömək etməyə bilər. Belə ki, İmamverdiyevin Rusiya “Rubin”i ilə də görüşdə iştirakı sual altındadı. Hansı ki, həmin görüş də bu ayın 25-də keçiriləcək.
Cavidin sıraya dönməsi üçün isə ən azı 2-3 həftə lazım olduğu bildirilir.
