4 oktyabr 2012 15:53
Özünəinam dalğası Qananı irəli aparır
Ötən həftələr ərzində Qana FIFA U-17 qadınlararası dünya çempionatında oyununu xeyli təkmilləşdirib və turun ilk oyununda onların Almaniyaya məğlubiyyəti komanda üzvlərinin fikrində arxa plana çəkildikcə komandada özünəinam açıq-aydın sezilir.
Bundan əlavə, 23 sentyabrda Dalğa Arenada keçirilmiş həmin oyunun ikinci hissəsindən bəri qanalılar turnirdə möhtəşəm oyun sərgiləyirlər. Onlar həmin oyunda artıq birinci hissədə buraxdıqları iki qolun əvəzini növbəti dəqiqələrdə çıxa bilməsələr də, Avropa çempionlarında əməlli-başlı qorxu hissi yaratmışdılar. Bunun ardından Çini 2-0 hesabı ilə məğlub etməzdən əvvəl onlar növbəti turda Uruqvay üzərində 5-0 hesablı ruhyuksəldici qələbə qazanmışlar. Bununla da onlar ilk oyunun ilk hissəsində 45 dəqiqəlik uğursuzluğu aradan qaldırmağı bacarmışlar və hazırda da kifayət qədər məqsədli görünürlər.
Bu irəliləyişi məşqçi Mas-Ud Dramani diqqətlə izləyir, lakin onun fikirincə komanda hələ də tam gücünü nümayiş etdirməyib. "Zənimcə, komandanın turnirdə oyundan-oyuna performansını təkmilləşdirməsi yaxşı haldır və hər bir məşqçi bu cür turnirlərdə elə bunu istəyir, lakin mən komandamın hələ də öz potensialını tam nümayiş etdirmədiyi fikirindəyəm," deyə o, FIFA.com saytına bildirir. "Növbəti oyunda mən komandanın potensialının pik nöqtəsinə çatacağına ümid edirəm".
D qrupundan ikinci yerlə növbəti mərhələyə çıxmaqla onlar qibtə olunmayan rəqiblə düşüblər. Bu, turnirdə hələ də qapısından qol buraxmayan və ən çox qol vuran Yaponiyadır. Bundan əlavə, məşqçi Dramani indiyə qədər əlverişli turnir proqramından onların çox razı qaldığını bildirərək, komandasının asiyalı rəqiblərini məğlub etmək üçün kifayət qədər hazırlıqlı olduqları fikirindədir.
"Zənimcə Yaponiya texnika baxımından yaxşı oynayır, lakin bu heç də onların zəif cəhətlərinin olmadığını göstərmir. Onların bu turnirdə Almaniya, Çin və ya Qana kimi güclü komandalarla qarşılaşmamaqda şansları gətirib, lakin biz artıq güclü komandalarla qarşılaşmışıq və indi Yaponiya oyununa hazırıq. Biz meydanda hər bir oyunda özümüzə tam nəzarət edə bilirik və bu oyunun da istisna olmayacağını düşünürəm".
Onlar oyuna çox yaxşı hazırlaşmışdılar, belə ki, onlar turun son oyununda Çin XR ilə oyunda nizam-intizamlı taktiki düzülüşlə "Polad Qızılgüllərin" həmlələrini minimuma endirib onları məğlub etdikdən sonra FIFA U-17 qadınlararası dünya çempionatında çıxış etdikləri üç dəfədən bu cəhddə ən çox irəliləyiş etməyi bacarıblar. Samir Abdul-Rəhman hücumçu Vasilə Dişura-Soalenin yerinə meydana daxil olduqda sonra onlar orta xətti oyunçularla doldurmaqla və kəskin pressinq tətbiq etməklə çinlilərin daha mürrəkkəb paslaşma sisteminin qarşısını almış və sonra da onları əks-hücumda yaxalayıb cəzalandırmışlar.
Dramani yaponlara qarşı oyunda da eyni taktikanın faydalı olacağı fikirindədir, lakin bu oyunda onlar daha çox mübarizə aparmalı olacaqlar. "Zənnimcə, yaponlar çinlilər kimi müdafiə futbolu oynamayacaqlar. Biz texnikalı komandaya qarşı oyunda topla hərəkət edənin, həmçinin onun ətrafındakıların hərəkətinin məhdudlaşdırılmasına çalışacağıq.
"Taktiki cəhətdən biz komanda şəklində oynamalı olacağıq, lakin bizim komandada qol vura bilən fərdi hücumçularımız da var və məncə, bu yaxşı komandaya məxsus fərqləndirici bir xüsusiyyətdir. Bundan əlavə, biz fiziki cəhətdən də daha yaxşı görünürük".
Bu fərdi oyunçulardan biri qol sayını dördə çatdırmaqla Çinin qapısından hər iki qolu keçirən və komandamızın əks-hücumunu yaratdıqdan sonra tamamilə özünəinamlı görünən qolçumuz Ceyn Ayieiyamdır. "Mən qolları güclü sürətim sayəsində vururam və bu səbəbdən də müdafiəçiləri çaşdıra bilirəm," deyə o, oyundan sonra qeyd edir. "O oyunda onların müdafiəsi artıq gücdən düşmüşdü və onlardan yayına biləcəyimi bilirdim".
"Biz hər oyunda oyunumuzun səviyyəsini artırırıq və biz Yaponiyaya qalib gələcəyik. Finala qədər qarşımıza hansı komanda çıxırsa-çıxsın biz onları məğlub edəcəyik"
