4 oktyabr 2012 16:37
“Bizə güclü müdafiə də lazımdı”
"Mən oyunda bu qədər müdafiəyəyə çəkilib ora-bura qaçmalı olacağımı bilmirdim," deyə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ilk oyununda Cənubi Amerikalıların Yaponiyanı 5-0 məğlub etdikdən sonra braziliyalı hücumçu məşqçi Edvaldo Erlacherə söyləmişdir.
İstedadlı hücumçunun şərhləri Braziliyanın məşhur hücum oyununun onlara meydanın rəqibə aid hissəsində təhlükə yaratmaqları üçün kifayət edərkən, onların cümə günü 1/4 final oyununda almanları məğlub etmək üçün həmçinin müdafiəni də gücləndirməli olduqları barədə məşqçinin göstərişinə yönlənmişdi.
Topsuz olduqda belə komandasının sərt oynamalı olduqları faktından yaxşı xəbərdar olan Erlaher FIFA.com saytına qeyd edir: "Oyun üslubumuzda tarazlıq yaratmaq heç də asan deyil. Biz həm vərdiş etdyimiz hücum oyunu həm də müdafiədə güclu olub ağılla oynamalıyıq. Biz oyunda improvizasiya etmək üçün Braziliyaya məxsus oyun üslübumuzu, bacarığımızı və qabiliyyətimizi nümayiş etdirməliyik, bununla belə həmçinin ön xəttdən də müdafiə olunmaq lazımdır.
"İlk oyunumuzdan sonra Byanka mənə bunları söylədikdə mənim ona cavabım belə olmuşdur: "Bilirəm bu çox yorucudur, lakin sən oyunda müdafiəyəyə heç çəkilmədin." O, Meksika və Yeni Zellandiya ilə oyunda meydanda çox qaçdı və əsl mübarizə apardı. Mən onu buna görə tərifləmişdim, belə ki, o, meydanda elə bunu da etməlidir: Onun ön xəttdə müdafiəçi funksiyasını yerinə yetirdiyini bir anlıq təsəvvür edin, lakin bu onun kimi gənc futbolçu üçün heç də asan iş deyil".
"Daha da təcrübəli oyunçular kimi ölkənin hüçum futbolu mədəniyyəti ilə daha az tanış gənc braziliyalı oyunçulara da yaxşı müdafiə olunma vərdişlərini aşılamaq çox çətindir," məşqçi söhbətinə davam edərək bildirmişdir.
"Əslində insanlar səhvləri əyani şəkildə gördükdə onlardan daha çox nəticə çıxarırlar, nəinki kimdənsə onları eşitdikdə," deyə o, qeyd edir. "Təəssüf ki, hələ də belə bir köhnə anlayış var ki, meydanda hücumçular yalnız qol vurmaq üçün lazımdır. Hər ikisini etmək - həm hücum etmək, həm də müdafiə olunmaq - üçün kifayət qədər enerjisinin olduğu fikri hücumçuya çatdırmaq çox çətindir.
"Lakin böyük həyəcan faktorunun da burada rolu az deyil. Oyunçularımız bu cür səviyyəli futbol turnirinə yenicə başlayıblar və təbii ki, onların üzərinə xeyli mənəvi təzyiq düşür. Müdafiə xəttindəki oyunçular onların hətta bir səhvinin məğlubiyyət ilə nəticələnə biləcəyini bilirlər. Bu səbəbdən, onlar oyunlar ərzində bir az təmkinli olmalıdırlar. Bəzən onlar çətin vəziyyətlərdən məharətlə çıxırlar, bəzən isə onlar adi şeyləri yaxşı etmir və böyük səhvlərə yol verirlər".
Yada salmaq ağır olsa da, Almaniyaya qarşı onları gözləyən təhlükələr barədə oyunçuları xəbərdar etmək üçün ən yaxşı metod onlara acınacaqlı Yaponiya məğlubiyyətini xatırlatmaqdır.
"Mən həmçinin bütün oyun boyu yalnız müdafiədə oturmamağı da onlara söyləmişəm. Biz Yaponiyaya qarşı oyunda etmədiklərimizi etməliyik. Biz o oyunda hücum etmədiyimiz üçün böyük hesabla məğlub olduq. Biz yalnız müdafiə olunurduq və bunu da yetərincə yaxşı etmirdik. Almanlara qarşı oyunda isə biz hücum etməli və onları da müdafiə olunmağa məcbur etməliyik. Onlar cəld oyun oynamağı və topu meydanda sağa-sola ötürməyi xoşlayırlar. Onlar yaxşı paslaşırlar və bir çox taktikalardan istifadə edirlər, buna görə də bizim bütün oyun ərzində diqqətimiz yayınmamalıdır".
Nəticə çıxarılası təcrübələr
Erlaher məşqçi olmamışdan əvvəl PE instruktoru işləmişdir və bu təcrübə də ona hazırkı sənətə gəlməyində yaxşı imkan yaratmışdır.
"Mən əvvəllər instruktor olmuşam və müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan qızları çalışdırmışam. Bu da o deməkdir ki, mən gördüyüm işə diqqətlə yanaşmalı və hər şeyi min ölçüb bir biçməliyəm. Lakin bəzən elə anlar olur ki, mən kimisi tənqid etməli və onlara bir az mənəvi təzyiq göstərməli oluram, çunki onlar bu sənətdə belə şeylərə vərdiş etməlidirlər".
Byanka buna misal ola bilər, belə ki, hücumçu yaponlara qarşı oyunda göstərdiyi sönük oyundan sonra məşqçi tərəfindən növbəti oyunda ehtiyat skamyasında saxlanmışdır. O, bundan yaxşı nəticə çıxarıb növbəti oyunda arxa dabanla topu rəqibin başı üzərindən keçirdikdən sonra komandasının mükəmməl qələbə qolunu vurmuşdur.
"Lazım olduqda, mən onlar üçün ata kimi oluram, lakin sərt olmalı olduqda mən tərəddüd etmirəm", deyə məşqçi qeyd edir. "O oyundan sonra mən xeyli düşündüm və sonra Byankanı çağırıb növbəti oyun üçün onu start heyətinə salmadığımı söylədim. Bununla belə, ikinci hissədə lazım olarsa, onu oyuna buraxacağımı və onun üçün bir sürprizin olacağını söylədim".
O, söhbətinə davam edir: "Bizə qol lazım idi və mən onu oyuna buraxarkən onun meydanda həmişə olduğu kimi ürəyi sevinclə oynamasını istədiyimi söylədim. Mən onun oyununa yaxşı bələdəm və məndə belə fikir yarandı ki, onun meydana daxil olan kimi dərhal "lambretta" etmək imkanı olarsa, o halda, o bunu gərək etsin. Şükürlər olsun ki, hər şey elə də oldu.
