4 oktyabr 2012 18:16
Foqts: Neftçidən maraqlı oyun və uğurlu nəticə gözləyirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı oyununa dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İtaliya klubu hazırda iki il əvvəlki qədər güclü deyil. Eyni zamanda onların bir sıra aparıcı futbolçusu Bakıya gəlməyib. Ona görə də “Neftçi”dən maraqlı oyun və uğurlu nəticə gözləyirəm. Əgər bir qədər bəxtləri gətirsə, bu komandanı məğlub edə bilərlər. “İnter” bir qol vursa, hesabı qorumağa çalışacaq. Belə olsa, “Neftçi”nin hücumda daha fəal oynaması lazım gələcək ki, hesabı bərabərləşdirsin. Bu üzdən ilk növbədə qol buraxmamaq barədə düşünmək lazımdı”.