4 oktyabr 2012 18:32
Aleksandr Səmədov: Neftçinin İnterlə oyunundan çox şey asılıdı
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi” ilə İtaliya “İnter”i arasında baş tutacaq görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”nin “İnter” və “Rubin”lə oyunlarda necə çıxış etməsindən çox şey asılı olacaq. Xüsusilə milanlılarla görüşlərdə çox şeyə aydınlıq gələ bilər. Hər bir komandada eniş dövrü olur. Amma istənilən halda onlar böyük təcrübəyə malikdilər. Bilirəm ki, Bakıda bütün komandalara çətin olur. Yerli azarkeşlər komandalarına böyük dəstək verirlər. Lakin “İnter” hətta aparıcı oyunçuları olmadan da təhlükəlidi”.