4 oktyabr 2012 18:55
Cavid Hüseynovun yeni baş məşqçisi bəlli oldu
Türkiyənin “Adana Demirspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Mustafa Uğur çalışdıracaq.
Artıq yeni baş məşqçi ilə müqavilə imzalanıb. O, komandanı ilk məşqə çıxarıb.
Qeyd edək ki, mövsümün ilk beş turunda “Adana Demirspor”un uğursuz çıxışı ilə yadda qaldı. Hansı ki, Adana təmsilçisi hələ bu müddət ərzində qələbə qazana bilməyib. Bu üzdən də komandanın sabiq çalışdırıcısı Osman Özdemir vəzifəsindən istefa verdi.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da bu komandada çıxış edir.
