4 oktyabr 2012 18:58
Qurban Qurbanov: O, yaxşı məşqçi bacarığı olduğunu göstərdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yeni məşqçi karyerasına başlaması münasibətilə Mahmud Qurbanovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Bugünkü oyunla yaxşı məşqçi bacarığı olduğunu göstərdi. Yaxşı komanda yaradacağına inanıram. Komandanı dəstəkləyən azarkeşlərin sayı da çoxalır. Futbolçularım sonadək mübarizə apardılar, nəticə əldə etmək istəyirdik. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hər iki komandanın aktivinə bir xal yazıldı”.
