4 oktyabr 2012 19:03
“Bizim üçün bir xal qızıla bərabərdi”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Xoş sözlərə görə təşəkkür edirəm. “Qarabağ”ı Azərbaycanın ən güclü klublarından sayıram. Rəqib topu çox yaxşı saxlayır. Heyətində milli komandanın futbolçuları var. “Qarabağ”ın oyununu həmişə bəyənmişəm. Bu gün müdafiə taktikası ilə oynadıq. Futbolçularım verdiyim taktikanı tam yerinə yetirdilər, heç bir mövqedə uduzmadılar, rəqibə heç bir şans vermədik. Bizim üçün bu bir xal qızıla bərabərdi. Uşaqlar ümidlərimi doğrultdular”.
