4 oktyabr 2012 19:47
Ramiz Məmmədov: İki xal itirdik
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu cür gözəl idman kompleksinə görə “Bakı” klubuna təşəkkürümü bildirirəm. Oyunun çox çətin olacağını bilirdik. 3 xal qazanmaq istıyirdik, lakin iki xal itirdik. 60 dəqiqə azlıqda oynadıq, buna baxmayaraq, futbolçularım əzmkarlıq göstərdilər, sonadək mübarizə apardılar. Komandama oyuna görə təşəkkür edirəm”.
