4 oktyabr 2012 19:52
“Buraxdığımız qol bizim üçün gözlənilməz oldu”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 8-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Güclü rəqibə qarşı oynadıq. Qol imkanlarımız var idi, lakin yalnız birindən faydalana bildik. Oyuna bir az sinirli başladıq, buraxdığımız qol bizim üçün gözlənilməz oldu. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
