4 oktyabr 2012 22:55
Rubin Partizan səddini iki qolla keçdi (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin yer aldığı H qrupunda daha bir oyun baş tutub.
Belə ki, “ağ-qaralar”ın doğma meydanda “İnter”lə (İtaliya) üz-üzə gəldiyi (1:3) gündə Serbiya “Partizan”ı da “Rubin”lə (Rusiya) münasibətlərinə aydınlıq gətirib. Ruslar qarşılaşmadan inamlı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, “Neftçi” ilk oyununda səfərdə “Partizan”la heç-heçə etmişdi – 0:0.
Avropa Liqası
H qrupu
4 oktyabr
RUBİN – PARTİZAN - 2:0 (1:0)
Qollar: G.Karadeniz, 45. Ryazantsev, 48.
RUBİN: Rıjikov, Kuzmin, Sezar Navas (k), Markano, Bokketti, Orbais, Ryazantsev, R.Yeryomenko, G.Karadeniz, Natxo, Rondon.
PARTİZAN: Stoykoviç, Milkoviç, Volkov, İvanov, Ostoyiç, Medo, Ninkoviç, S.Markoviç, S.İliç (k), Yoyiç, L.Markoviç.
