4 oktyabr 2012 20:54
“Oyuna nəzər salsaq, heç kimin qalib gəlməyəcəyini düşünmək olardı”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 8-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bütün oyuna nəzər salsaq, heç bir komandanın qalib gəlməyəcəyini düşünmək olardı. Qərar verəcəyimiz anda səhv buraxdıq. Əvvəlki oyunlardakı kimi gücümüzü göstərməyə çalışdıq. Təəssüf ki, məğlub olduq”.
