4 oktyabr 2012 20:57
“Lider olmağımız Sumqayıt üçün əlavə motivasiya idi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 8-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı ?:? hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox gərgin və maraqlı oyun oldu. “Sumqayıt” son iki oyunda güclü rəqibləri məğlub edib 6 xal qazanmışdı. Bizim çempionatın lideri olmağımız da “Sumqayıt” üçün əlavə motivasiya idi. Qol imkanlarımız çox oldu. Lakin yalnız birindən faydalanıb qalib gəldik".
