4 oktyabr 2012 22:33
“O qol 50 oyunda bir dəfə vurula bilər”
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 8-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Taktiki cəhətdən rəqib güclü idi. “İnter”in hər iki qolu gözlənilməz oldu. İlk qoldan sonra açıq futbol oynamağa çalışdıq. İkinci qol isə 50 oyunda bir dəfə vurula bilər. Çox baxımlı qol alındı. Komandadakı boşluqları aradan qaldırmağa çalışacağıq”.
