4 oktyabr 2012 11:08
Növbəti turun proqramı bəlli oldu
Futbol üzrə Azərbaycan birinci divizionunun 5-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları 5-7 oktyabr tarixlərində keçiriləcək.
İlk oyun günündə cəmi bir görüş baş tutacaq. Qalan beş görüşdən üçü şənbə, ikisi isə bazar gününə təsadüf edəcək.
Turun oyunlarının keçirilmə yeri və başlama saatları belədi:
Birinci divizion
5-ci tur
5 oktyabr (cümə)
MOİK – “Tərəqqi”
Bakı. “Ədliyyə” stadionu, 16:00
6 oktyabr (şənbə)
“Ağsu” – “Göyəzən”
Ağsu şəhər stadionu, 16:00
“Lokomotiv” – “Neftçala”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
“Qala” – “Şahdağ”
Zirə qəsəbə İdman Kompleksinin stadionu, 16:00
7 oktyabr (bazar)
“Energetik” – “Qaradağ Lökbatan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00
“Bakılı” – “Şuşa”
Zirə qəsəbə İdman Kompleksinin stadionu, 14:00
