4 oktyabr 2012 11:15
Lider Sumqayıtla oyuna hazırdı
Bu gün "Sumqayıt"ı qonaq edəcək “Simurq” ötəm axşam saatlarında son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, tam heyətlə hazırlıqları tamamlayan Zaqatala təmsilçisi 1 saata yaxın davam edən məşq prosesində isinmə hərəkətlərindən sonra qısa ötürmələr və hücum təşkili üzərində çalışıb.
Bundan sonra istirahətə çəkilən komanda matçın başlama saatını gözləməyə başlayıb.
Qeyd edək ki, Zaqatala şəhər stadionunda keçiriləcək "Simurq" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Ona Ramiz Əsədov və İsgəndər Əliyev kömək edəcək.
