4 oktyabr 2012 11:38
İmaməliyev və Soltanov Qarabağa qarşı niyə oynamayacaq?
“Kəpəz” Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ”la oyununda iki əsas heyət oyunçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Emin İmaməliyevlə hücumçu Bəxtiyar Soltanov Ağdam klubuna qarşı forma geyinməyəcək.
Buna səbəb onların heç də zədəli və ya cəzalı olması deyil. Sadəcə, bu yay məhz “Qarabağ”dan icarəyə götürülən futbolçularla müqavilə imzalanarkən, onların keçmiş komandasına qarşı oynamamasına dair xüsusi bəns salınıb. Məhz bu razılığa görə, İmaməliyevlə Soltanovun ağdamlılarla görüşdə oynaması gözlənilmir.
