4 oktyabr 2012 00:28

23-cü duelə doğru

Bu gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Bakı” ilə görüşəcək. Azerisport.az xəbər verir ki, səfər oyunu komandalar arasında 23-cü duel olacaq.
 
İndiyə qədərki qarşılaşmaların balansında bakılılar öndə olsa da, son matçda bölgə komandası rəqibini 4 cavabsız qolla darmadağın edib. Ümumilikdə “Bakı” “Qəbələ” ilə ən çox görüşən rəqibdi. Bu da tərəflərin 3 dəfə Azərbaycan kubokunda duelə çıxmağı ilə bağlıdır. Həmin 3 duelə sığan 6 matç və 16 çempionat oyununda “Qəbələ” hələlik 3 dəfə qalib gəlib. 
 
12-ci dəfə “Bakı”nın qonağı olacaq komanda ilk səfər qələbəsini qazanmaq əzmindədir. Hələ ki rəqibini onun meydanında yenməyən “Qəbələ” bu uğursuz seriyanı qıracağı halda səfərdə 3-cü dəfə rəqibindən xal alacaq.
 
“Qəbələ”nin “Bakı” ilə oyunlarından məqamlar
 
- “Bakı” “Qəbələ”nin tarixində bu komanda ilə ən çox qarşılaşan komandadır. Bu dəfəki görüş rəqiblərin 23-cü dueli olacaq.
- Əvvəlki 22 oyunda 92 futbolçu “Qəbələ” formasında meydana çıxıb.
- 2 futbolçu 10 və daha artıq matçda “Bakı”ya qarşı oynayıb: Pavel Doroşev – 12, Lyubo Baranin – 11. Samir Zərgərov və Azər Həşimov 9 belə matçın iştirakçısı olub.
- Pavel Doroşev – 1080, Lyubo Baranin – 949, Qoqa Beraya – 720 dəqiqə “Bakı”ya qarşı oynayıb.
- “Bakı”nın qapısına 13 qolu 11 futbolçu vurub. 
- Vitali Balamestnı və Yannik Kamanan hamıdan çox 2 dəfə fərqləniblər.
- Vurğun Hüseynov, Samir Zərgərov, Deon Burton, Turnike Aptsiauri, Viktor Mendi, Nodar Məmmədov, Paulino Lopez Tavares, Serj Cehua, Pərvin Paşayevin hesabında 1 qol var.
- “Bakı” ilə oyunlarda 36 futbolçumuz 57 vərəqə alıb.
- 6 futbolçumuz 3 dəfədən çox cəzalanıb: Qoqa Beraya – 5, Milan Antiç - 4, Samir Zərgərov, Vurğun Hüseynov, Lyubo Baranin, Razvan Tarlea – hərəsi 3 vərəqə alıb.
- “Qəbələ”nin aldığı 2 qırmızı vərəqə Milan Antiç və Lyubo Baraninin hesabındadır.
- “Bakı” ilə qarşılaşmalarda 6 qapıçımız qol buraxıb. Nadir Şükürovla Rəşad Mustafayev hərəsi 1, Xəyal Zeynalov və Zurab Mamaladze hərəsi 3, Elnar Kərimov 5, Pavel Doroşev 14 dəfə topu tordan çıxarıb.
- 2007/08 mövsümündə ölkə kubokunun penaltilər seriyası nəzərə alınmasa əvvəlki 22 dueldə 4 penalti təyin olunub. Elnar Kərimov və Pavel Doroşev rəqib zərbəsi qarşısında aciz qalıb. Yannik Kamanan qeyri-dəqiq olduğu halda Serj Cehua  11 metrlik nöqtədən dəqiq olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.