4 oktyabr 2012 21:58
İlk yarımfinalçılar Koreya və Fransa oldu (YENİLƏNİB)
Azərbaycanda təşkil olunan FIFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Nigeriya Fransa ilə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz başa çatıb. Bu üzdən də qarşılaşmanın taleyini penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Bu zərbələri daha dəqiq yerinə yetirən fransızlar yarımfinala çıxıblar.
Koreya isə Kanada ilə münasibətlərinə aydınlıq gətirib. Koreyalılar minimal hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıblar.
1/4 final mərhələsinin digər oyunları sabah keçiriləcək.
DÇ-2012
1/4 final
4 oktyabr
KXDR – KANADA - 2:1 (0:0)
Qol: Ri Un Sim, 77 (1:0), Ri Un Sim, 87 (2:0), Prins, 90+1 (2:1)
Bakı. 8-ci km stadionu.
Hakim: Moraq Pirie (Şotlandiya).
NİGERİYA – FRANSA - 0:0 (penaltilərlə - 3:5)
Bakı. 8-ci km stadionu.
Hakim: Hyanq Ok Ri (KXDR).
