5 oktyabr 2012 00:45
Koutinyo: Şadam ki, Neftçiyə qarşı yaxşı oyun sərgilədik
İtaliyanın “İnter” klubunun futbolçusu Koutinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Şadam ki, “Neftçi”yə qarşı yaxşı oyun sərgilədik. Derbidə oynayacağımı bilmirəm. Bu, məndən asılı deyil. Əlbəttə, İspaniya La Liqasında çıxış etməyim mənə çox yardımçı oldu. Qayıdanda isə mən Andrea Stramaççoni kimi məşqçi ilə qarşılaşdım. O, mənə əlavə əminlik verir. Ümid edirəm ki, gələcəkdə də qələbə qazanmağa davam edəcəyik”.
