5 oktyabr 2012 12:54
Nadirov: Kamran Ağayevin XL-da oynayıb-oynamayacağını zaman göstərəcək
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov AFFA prezidenti Rövnəq Abdullayevin cənub təmsilçisinin fəxri prezidenti Mübariz Mənsimova Kamran Ağayevlə bağlı müraciətinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hörmətli Rövnəq Abdullayev klubumuzun fəxti prezidenti Mübariz Mənsimova müraciət ünvanlayıb. Bununla əlaqədar artıq klub prezidenti Mais Mənsimovla söhbətimiz olub. Şübhəsiz ki, klub prezidenti və baş məşqçi bunun əleyhinə olmasa, Kamran Ağayevin əsas komandaya dönüşü istisna deyil. Amma onun oynayıb-oynamayacağını zaman göstərəcək. Çünki komandamızda Orxan Sadıqlı kimi perspektivli qapıçı var”.