5 oktyabr 2012 01:04
Rəşad Sadiqov: Neftçi start həyəcanını boğa bilmədiyi üçün uduzdu
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın kapitanı 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
- Çox istəyirdik ki, “İnter” kimi rəqiblə görüşdə növbəti sensasiyaya imza ataq. Amma rəqib çox güclü idi. Təəssüf ki, azarkeşlərimizi sevindirmək istəyimiz baş tutmadı.
- Oyunla bağlı nə deyə bilərsiz?
- Bilirdik ki, çətin oyun olacaq. “İnter”dən başqa cür oyun gözləmək də olmazdı. İndiyə qədər Azərbaycana gələn ən adlı-sanlı klubdu. Təəssüf ki, oyunçularımız ilk dəqiqələrdən həyəcanlarını boğa bilmədilər. Məhz bu üzdən ilk yarıdakı oyunumuz pis alındı.

- Bəlkə buna taktiki cəhətdən bütün tapşırıqları yerinə yetirə bilməməyiniz səbəb oldu?
- Məsələ taktikada deyil. Sadəcə, rəqib çox güclü idi. Özüm də görürdüm ki, uşaqlar həyəcanlı idilər. Bu, normal futbol oynamağa imkan vermir.

- Bəs ikinci hissədə nə dəyişdi ki?
- Biz fasilədən sonra ayıldıq. Məhz bundan sonra “Neftçi”yə layiq oyun sərgilədik. Məğlubiyyətə baxmayaraq, komanda heç nəyə görə utanmamalıdı. Fikrimcə, qalan görüşlərdə də ikinci hissədəki kimi oynaya bilsək, “Neftçi” xeyli xal toplaya bilər.