5 oktyabr 2012 01:16
Massimo Moratti: Hakim penalti təyin etməli idi
İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Hakim ilk hissədə bizim lehimizə penalti verməli idi. Amma o, nədənsə bunu etmədi. Ancaq hər şeydən önəmlisi odu ki, biz qələbə qazandıq”.
