5 oktyabr 2012 13:16

Viktor Mendi 10-a çatdı

Topaz Premyer Liqasının VIII turunda “Bakı”nın qonağı olan “Qəbələ” səfərdən 1 xalla qayıdıb. Azerisport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma Viktor Mendi üçün əlamətdar olub. Legioner bu komandada yubiley – 10-cü qolunu vurub.
 
- Viktor Mendi cari mövsümdə ilk qolunu vurdu. O, sonuncu dəfə ötən mövsümün 31-ci turunda – mayın 5-də “Xəzər Lənkəran”la səfərdəki qarşılaşmada qol vurmuşdu. Mendi 152 gündən sonra qol həsrətinə son qoydu.
- Bu qol Mendinin “Qəbələ”də 10-cu topu oldu. O, ən azı 10 qol vuran 9-cu futbolçu kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi – hərəsi 10.
- Mendi Premyer liqada “Qəbələ” formasında ən çox qol vuran 6 oyunçudan biridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Viktor Mendi - 10, Luiz Paulo Hilario, Yannik Kamanan – hərəsi 9.
- Komandanın tarixində 240, Premyer Liqada 180-ci oyununu keçirdi.
- “Bakı”nın futbolçusu Aleksandar Şoliçin vurduğu top “Qəbələ”nin Premyer Liqada buraxdığı 200-cü top oldu.
- Komanda ölkə çempionatının güclülər dəstəsində 90-cı səfər matçına çıxdı.
- Ramiz Məmmədovun baş məşqçiliyi altında ümumilikdə 120-ci oyun həm də 60-cı səfər qarşılaşması oldu. Viktor Mendinin qolu bu görüşlərdəki 60-cı top oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.