5 oktyabr 2012 13:23

Mövsümdə ilk dəfə

Adrian Skarlatake 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində dubla imza atan ilk futbolçu oldu. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 8-ci turunun AZAL-la qarşılaşmasında 5 dəqiqəyə 2 qol vuran rumıniyalıya qədər mövsümün 4 avrokubok və 6 çempionat matçında 1 oyuna 2 dəfə rəqibi məyus edən futbolçu olmamışdı.
 
“Ağ-yaşıllar”ın heyətində bunu bacaran son futbolçu Eder Bonfim ötən mövsümün “Qarabağ”la keçirilən XXXII turunun matçında fərqlənmişdi. O, 145 gün əvvəl mayın 11-də Lənkəran şəhər stadionunda 2 qolun müəllifi olmuşdu.
 
2012-ci ildə bu komandanın 2-ci, 2012/13 mövsümündə 1-ci dublunun müəllifi olan Skarlatake mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı. Bununla da o, Branimir Subaşiçlə şərikli bombardir oldu.
 
“Xəzər Lənkəran” ın 8 illik tarixində 62-ci dublun müəllifi olan Skarlatake özü üçün ilkə imza atdı. O, komandasında dubl edən 33-cü futbolçu kimi tarixə düşdü. Bu 62 dubldan 41-i Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.
 
Adrianla bağlı daha bir məqam isə onun 2 qolu 4 dəqiqə intervalında, yəni 5 dəqiqəyə vurmasıdır. Bu isə “Xəzər Lənkəran” tarixində dəfələrlə rast gəlinən hadisədir. Eyni futbolçunun 1 matçda 5 və ya daha az dəqiqəyə 2 qol vurmasına ilk dəfə komandanın debüt mövsümündə təsadüf olunub. Həmin vaxt – 2004/05 mövsümündə “Ədliyyə” ilə matçda Oqtay Dərəlioğlu vurduğu 3 qoldan ikisini 73 və 76-cı dəqiqələrdə, yəni 4 dəqiqəyə rəqib qapısından keçirmişdi. Sonunu belə oyunçu isə İvan Svetkov olub. Bolqarıstanlı 2008/09 mövsümünün I dövrəsində əvvəl “Turan”la görüşün 84 və 87-ci dəqiqələrindəki qolları ilə dubl edib. Sonra isə MOİK-lə poker etdiyi qarşılaşmada 2 qolu 5 dəqiqədə (30-cu və 34-cü) vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.