5 oktyabr 2012 13:31
Mais Mənsimovdan AFFA prezidentinin müraciətinə cavab gəldi
Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimovun bu məsələ ilə bağlı açıqlamasında bildirilir:
"AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq. Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq".
"AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq. Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq".
Qeyd edək ki, məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
