5 oktyabr 2012 01:25
Qarabağ və Bakı: uğursuz gedişata davam
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasının 8-ci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, hesabat turunun 1 oyunu ilk, qalanları isə ikinci oyun gününə təsadüf etdi.
Turun açılış matçında “Xəzər Lənkəran” səfərdə AZAL-la qarşılaşdı. Cənub təmsilçisi son üç oyundakı ardıcıl məğlubiyyətlərdən sonra mütləq uğursuz gedişata son qoymaq istəyində idi. Cari mövsümə çox yaxşı başlayan “təyyarəçilər” isə doğma divarlar arasında növbəti qələbə sayəsində liderlər qrupundakı mövqeyini möhkəmləndirməyi hədəfləmişdi. Amma müdafiəçi olmasına rəğmən, komandasının hücumçularının bacarmadağını edən Adrian Manuel Skarlatake dubla imza atmaqla “Xəzər Lənkəran”a çox vacib qələbə qazandırdı. Beləcə, “ağ-yaşıllar” bu üç xal sayəsində sonuncu pillədən yaxa qurtarmış oldular. AZAL isə mövsümdə ilk məğlubiyyətini aldı.
Lider “Simurq” evdə son iki turda “Neftçi” və “Bakı”nı udmuş “Sumqayıt”la qarşılaşdı. Bernard Raabın komandası bu görüşdə də uduzmamağa yaxın olsa da, meydan sahibləri qol vurmağı bacardılar. Beləcə, məğlubiyyət tanımayan yeganə komanda olan Zaqatala təmsilçisi zirvədəki mövqeyini daha da yaxşılaşdırdı.
Lider “Simurq” evdə son iki turda “Neftçi” və “Bakı”nı udmuş “Sumqayıt”la qarşılaşdı. Bernard Raabın komandası bu görüşdə də uduzmamağa yaxın olsa da, meydan sahibləri qol vurmağı bacardılar. Beləcə, məğlubiyyət tanımayan yeganə komanda olan Zaqatala təmsilçisi zirvədəki mövqeyini daha da yaxşılaşdırdı.
“İnter” səfərdə “Rəvan”la üz-üzə gəldi. “Bankirlər” paytaxt derbisində 2:0 hesabı ilə qalib gəldi. Bu qələbə sayəsində Kaxaber Tsxadadzenin komandası liderlər qrupuna bir qədər də yaxınlaşdı.
Yeni mövsümə o qədər də uğurlu başlamayan daha bir komanda - “Bakı” doğma meydanda “Qəbələ” ilə qarşılaşdı. “Zolaqlılar” son turda qeydə alınan “Sumqayıt”a məğlubiyyəti unutdurmaq üçün mütləq qələbə qazanmaq istəyirdi. Amma bakılılar doğma meydanda hətta 1 xal qazanmasına sevinmək məcburiyyətində qaldı. “Qəbələ”nin erkən qolla əldə etdiyi qələbəni son anda qoruyub-saxlaya bilməməsinə isə azlıqda qalması əsas səbəb oldu. Beləcə, tərəflər meydandan sülhə ayrıldılar - 1:1.
Cari mövsümün o qədər də inamlı təsir bağışlamayan daha bir iddialısı – “Qarabağ” da səfərdə “Kəpəz”lə qarşılaşdı. Mahmud Qurbanovun gəlişindən sonra toparlanan gəncəlilər bu dəfə də Ağdam təmsilçisini büdrətməklə diqqət çəkdi. Lakin xal itirməsinə rəğmən, “Qarabağ” hazırda ikinci pillədədi.
Qeyd edək ki, bu turun son oyunu oktyabrın 8-də “Neftçi” və “Turan” arasında oynanılacaq.
Topaz Premyer Liqası
8-ci tur
AZAL – Xəzər Lənkəran - 0:2
Qollar: Manuel Skarlatake, 41; 45.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Aylton, 6. Taqim Novruzov (37. Andrius Veliçka, 60), 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 83), 8. Elman Taqayev (77. Arif İsayev, 57), 11. Zohair Benouahi, 16. Junior Nildo, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 15. Oskar Klava, 10. Tərlan Xəlilov.
Baş məşqçi: Vaqif Sadıqov.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, 86), 7. Sadio Tounkara (11. Dimitrios Sialmas, 63), 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 3. Vanderson Skarduelli, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 17. Kazım Kazımlı, 99. Beto.
Baş məşqçi: Yunis Hüseynov.
Sarı vərəqələr: Taqim Novruzov, 36 (qeyri-idman hərəkəti). Usim Nduka, 39 (qeyri-idman hərəkəti) – Roberto Alviz, 8 (qeyri-idman hərəkəti). Sadio Tounkara, 43 (qeyri-idman hərəkəti). Manuel Skarlatake, 51 (qeyri-idman hərəkəti). Dimitrios Sialmas, 65 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Səfər Haşımov.
“AZAL Arena”. 1500 tamaşaçı.
Kəpəz – Qarabağ - 0:0
Kəpəz: 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçine, 2. Nicat Məmmədov (8. Elvin Həsənəliyev, 70), 14. Elxan Əzizov (17. Ceyhun Əhmədov, 86), 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (7. Pərvin Paşayev, 87), 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Rodos, 11. Ziyabil Məmmədov, 23. Anar İsgəndərov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (70. Vaqif Cavadov, 70), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 61), 20. Riçard (33. Mustafa Səlim, 77), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 16. Elnur Abdulov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Nicat Məmmədov, 27 (qeyri-idman hərəkəti). Nikolay Svejentsev, 44 (qeyri-idman hərəkəti). Azər Məmmədov, 47 (qeyri-idman hərəkəti). Bujamin Asani, 61 (qeyri-idman hərəkəti) – Rauf Əliyev, 66 (simulyasiya etdiyinə görə). Qara Qarayev, 73 (qeyri-idman hərəkəti).
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu. 8000 tamaşaçı.
Bakı – Qəbələ - 1:1
Qollar: Aleksandr Soliç, 59 – Viktor Mendi, 13.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanovs (26. Leandro Beçerra, 79), 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauskis, 8. Juninyo (26. Leandro Beçerra, 84), 15. Cəmşid Məhərrəmov (k) (29. Əziz Quliyev, 69), 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 22. Evangelios Mantzios, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 25. Şəhriyar Əliyev.
Baş məşqçi: Bojidar Bandoviç.
Qəbələ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi (23. Şəhriyar Xəlilov, 82), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 84. Deyan Kelhar, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev (7. Yaşar Abuzərov, 71), 6. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k) (22. Lourival Assis, 63), 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo, 5. Muammer Erdoğdu, 15. Omar Kalabane, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
Sarı vərəqələr: Cəmşid Məhərrəmov, 66 (rəqibi əllə tutduğuna görə). Əziz Quliyev, 66 (qeyri-idman hərəkəti, texniki zonada). Evangelios Mantzios, 80 (qeyri-idman hərəkəti). Nenad Kovaçeviç, 90+2 (hakimə etiraz) – Rövşən Əmiraslanov, 40 (rəqibi əllə tutduğuna görə); 43 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə). Ürfan Abbasov, 41 (fitdən sonra topa zərbə). Elmar Baxşıyev, 44 (hakimə etiraz).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
Qırmızı vərəqə: Rövşən Əmiraslanov, 43.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakı”nin təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
Simurq – Sumqayıt - 1:0
Qol: Mario Bojiç, 64.
Simurq: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç (6. Anderson Olivyera, 71), 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak (7. Ruslan Poladov, 71), 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 24. Mehman Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev (11. Sabir Allahquliyev, 76), 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad 9. Orxan Əliyev (17. Emin Cəfərquliyev, 69), 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk (21. Məhəmməd Mirzəliyev, 84).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 27. Ramil Həşimzadə, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
Sarı vərəqələr: Zdravko Popoviç, 36 (oyunun bərpasını gecikdirdiyi üçün). Qərib İbrahimov, 84 (oyunun bərpasını gecikdirdiyi üçün). Murad Səttarlı, 90+4 (fitdən sonra topa zərbə) – Xəyal Mustafayev, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. 2200 tamaşaçı.
Rəvan – İnter - 0:2
Qollar: Nizami Hacıyev, 26. Baçana Tsxadadza, 61.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (5. Nikolay Orlovski, 78), 11. Şerif Suma, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov (7. Elvin Musazadə, 86), 26. Fransis Bosman (10. Nemanya Vidakoviç, 61), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 13. Şəhriyar Rəhimov, 15. Tural Cəlilov, 17. Emin İbrahimov.
Baş məşqçi: Kemal Alispahiç.
İnter: 74. Revaz Tevdoradze, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 83), 11. Asif Məmmədov (23. Tales Şütz, 90+1), 15. Volodimir Levin (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (30. Cako Arafat, 76).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 9. Daniel Genov, 29. Ruslan Cəfərov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Fransis Bosman, 37 (qeyri-idman hərəkəti).Şəhriyar Rəhimov, 68 (icazəsiz meydana daxil olduğu üçün).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bayıl Arena”. 500 tamaşaçı.
1
8
5
3
0
11-2
18
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3- Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3- Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
