5 oktyabr 2012 01:36
Mahir Şükürov: Neftçi güclü rəqibə uduzdu
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın futbolçusu 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İnter” çox güclü komandadı. Təəssüf ki, birinci hissədə komandamızın ifasında heç nə alınmadı. İkinci hissədə oyunumuz daha yaxşı alındı. Amma məğlubiyyətdən qaça bilmədik. Fikrimcə, azarkeşlər başa düşürlər ki, biz güclü rəqibə uduzduq. Çalışacağıq ki, “Rubin” və “Partizan”la oyunlarda bu yenilginin əvəzini çıxaq”.
