5 oktyabr 2012 01:50
Neftçiyə qol vurdu, ailəsinə həsr etdi
İtaliyanın “İnter” klubunun futbolçusu Joel Obi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Heyətə qayıtdıqdan sonra belə tez qol vuracağımı gözləmirdim. Bu, mənim dönüşümə çox gözəl töhvə oldu. “Neftçi”yə vurduğum qolu ailəmə həsr edirəm. Hansı ki, həyatımın çətin dövrlərində həmişə mənə yardımçı olublar”.
