5 oktyabr 2012 14:14

Ağasəlim Mircavadov: Neftçinin İnterə qarşı sadəcə gücü çatmadı

Futbol üzrə Azərbaycan yığmasının sabiq çalışdırıcısı Ağasəlim Mircavadov “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Komanda bütövlükdə pis oynamadı. Baxmayaraq ki, çoxlu səhvlər var idi. Məhz bu üzdən komanda üç qol buraxdı. Mən başa düşə bilmədim ki, Nikolas Kanales hücumçudu, yarımmüdafiəçidi, yoxsa müdafiəçi? “Neftçi”nin sol cinahla bağlı problemləri ikinci oyundu ki, özünü belə qabarıq şəkildə göstərir. Düzdü, “Partizan” həmin problemlərdən yararlana bilməmişdi. Amma italyanlar bundan yaxşı istifadə etdilər. “Neftçi”nin bu rəqibə qarşı mübarizə aparmağa gücü çatmadı. Həm də səviyyə fərqi sözünü dedi. Hücumlarımız o qədər də keyfiyyətli deyildi. Kombinasiya yox idi. Cərimə meydançasına adi asmalar edilirdi ki, bu da heç bir müsbət fayda vermirdi. Amma “Neftçi” sona qədər mübarizəni davam etdirdi və bunu etiraf etmək lazımdı. Belə oyunlarda komandanın səviyyəsi də qalxır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.