5 oktyabr 2012 14:25
Marko Livaya: Neftçiyə qol vurmaq mənim üçün çox vacib idi
İtaliyanın “İnter” klubunun hücumçusu Marko Livaya Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Bu oyunda qol vurmaq, qələbə qazanmaq həm mənim, həm də komandam üçün çox vacib idi. Buna nail olduğum üçün çox sevincliyəm. İndi artıq derbini düşünməliyik. “Milan”a qarşı oynamaq şansımın olub-olmadığını bilmirəm. Amma əsas derbidə qələbə qazanmaqdı. Mən ehtiyatda qalsam da olar. Hər halda belə bir oyunda Militonun meydanda olması daha düzgün olardı”.
