5 oktyabr 2012 02:16
“Şadam ki, Neftçi ilə oyunda çıxış edə bildim”
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Luka Qarritano Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Bu, mənim debüt matçım idi. Debütümü ailəmə həsr edirəm və onların hamısını salamlayıram. Həyəcanlı idim. Amma şadam ki, bu oyunda çıxış edə bildim. Ümid edirəm ki, gələcəkdə daha yaxşı hazır olacağam”.
