5 oktyabr 2012 21:50
Qana və Almaniya da yarımfinalda! (YENİLƏNİB)
Azərbaycanda təşkil olunan FIFA U-17 qadınlararası dünya çempionatında 1/4 final mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu gün son yarımfinalçılar müəyyənləşib.
Almaniya Braziliya ilə qarşılaşıb. Almanlar bu görüşdən qalib ayrılaraq, yarımfinala yüksələn tərəf olublar.
Günün digər matçında isə Yaponiya Qana ilə münasibətlərinə aydınlıq gətirib. Qana futbolçuları minimal hesablı qələbə sayəsində son yarımfinalçı olub.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunlarında KXDR Kanadaya, Fransa isə Nigeriyaya qalib gələrək, yarımfinala çıxmışdı.
DÇ-2012
1/4 final
5 oktyabr
ALMANİYA - BRAZİLİYA - 2:1 (1:1)
Qollar: Deabritz, 31, Knaak, 90+2 - Cenifer, 13.
Bakı. 8-ci km stadionu.
Hakim: Alondra Arellano (Meksika).
YAPONİYA - QANA - 0:1 (0:0)
Qol: Sumaila, 53.
Bakı. 8-ci km stadionu.
Hakim: Katerina Monzul (Ukrayna).
