5 oktyabr 2012 15:09

Bruno Bertuççi: İnterlə oyun mənim ailəm üçün çox vacib idi

Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Bruno Bertuççi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın braziliyalı futbolçusu 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:

- Bilirdik ki, çətin oyun olacaq. Birinci hissə daha pis alındı. İkinci hissədə isə belə rəqibə qarşı mübarizə aparacaq gücümüzün olduğunu sübut etdik. Həmçinin “Neftçi”nin keyfiyyətli oyun sərgiləmək bacarığını da nümayiş etdirdik.
 
- Birinci hissədə niyə hər şey bu qədər pis alındı?
- Sadəcə, bizdə bəzi şeylər alınmadı. Erkən qol buraxdıq ki, bu da komandaya mənfi təsir göstərdi. Oyunumuz yalnız ikinci hissədə alındı.
 
- Bəlkə, rəqib artıq oyunun taleyini həll etdikdən sonra gücünü qorumağa çalışdığı üçün fasilədən sonra oyununuz alınmağa başladı?
- Mən bununla razı deyiləm. Biz ikinci hissənin ilk dəqiqələrindən rəqibi qapısına doğru sıxışdırdıq. Hətta qol da vurmağa nail olduq.
 
- Həmin qoldan sonra nəyə ümid edirdiniz?
- İnanırdıq ki, yenə qol vuracağıq. Təəssüf ki, bəzi epizodlarda bəxtimiz gətirmədi. Baxmayaraq ki, bunun üçün xeyli şansımız oldu.
 
- Bu məğlubiyyət “Neftçi”nin avrokuboklarda növbəti uğurlar qazanmasına mane olmayacaq ki?
- Əksinə, bu məğlubiyyət komandanı daha da güclü motivasiya etməlidi. Bu matçın ikinci hissəsindəki kimi oynamağa davam etməliyik. Turnir hələ bitməyib. Qarşıda daha dörd oyunumuz var. Bundan maksimum yararlanmalıyıq. Qrupdan çıxmaq üçün çalışmaq lazımdı.
 
- Nəzərə alsaq ki, siz həm də italyansız, bu oyun sizin üçün nə dərəcədə yadda qalan oldu?
- İlk dəfə İtaliya təmsilçisinə qarşı mübarizə apardım. Bunu mənim arzularımdan biri saymaq olar. Bu, həm də mənim ailəm üçün çox vacib idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.