5 oktyabr 2012 15:39
Millimiz Rusiya ilə oyunun hazırlıqlarına başladı
Futbol üzrə Azərbaycan yığmasının bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, komandamız baş məşqçi Berti Foqtsun rəhbərliyi altında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti oyuna hazırlaşır.
Qeyd edək ki, komandamızın seçmə mərhələdəki rəqibi Rusiya millisi olacaq. Bu rəqiblə görüş Moskvada baş tutacaq.
Yığmamızın hazırlığı oktyabrın 13-dək davam edəcək. Həmin gün futbolçularımız Rusiya paytaxtına yola düşəcəklər.
Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da “Lujniki” stadionunda keçiriləcək.
