5 oktyabr 2012 16:08

Foqts yığmamıza alman futbolçu gətirir

 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizə yeni futbolçu dəvət edə bilər. Azerisport.az xəbər verir ki, söhbət almaniyalı futbolçu Dmitri Nazarovdan gedir.
 
Bu barədə futbolçu özü məlumat verib: “Biz Foqtsla bu barədə söhbətləşmişik. Mən bu komandanın qarşıdakı toplanışlarına dəvət ala bilərəm. Lakin hələlik tələsməməyi xahiş etdim. Çünki bu dövrlərdə klubumda çox vacib oyunlarım var. Amma yaxın zamanlarda Azərbaycan yığmasına çağırılmağım mümkündü”.
 
Qeyd edək ki, Nazarov Qazaxıstan əsillidi. O, 1990-cı ildə Krasnoarmeyskdə anadan olub. Uşaq yaşlarında Almaniyaya gedən Dmitri “Kaiserslautern”in yetirməsidi. O, bu komandada 2009-10 mövsümündə 22 oyun keçirib və 2 qol vurub.
 
2010–12 mövsümündə isə “Eintracht”a keçən Nazarov 39 qarşılaşmada 11 qol vurub. Hazırda isə o, “Preussen”də çıxış edir. O, bu mövsüm sözügedən komandada keçirdiyi 12 görüşə 3 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.