5 oktyabr 2012 16:57
Cavid İmamverdiyev Rusiya ilə oyunu buraxmalı olacaq
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev yığmamıza da kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, o, Rusiya – Azərbaycan matçını buraxmalı olacaq.
Qeyd edək ki, gənc futbolçu ötən gün baş tutan Milan “İnter”i ilə Avropa Liqasının qrup mərhələsinin görüşündə də forma geyə bilməmişdi.
İmamverdiyevin yaxın günlərdə əməliyyat olunması da gözlənilir. Belədə, onun təkcə Rusiya ilə oyunda yox, “Neftçi”nin də qarşıdakı görüşlərində iştirak etməyəcəyi dəqiqdi.
