5 oktyabr 2012 17:07
Julius Vobay: İnterə qol vuranda düşündüm ki, oyunda dönüş yarada biləcəyik
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın futbolçusu 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə bizim üçün çox çətin idi. Çünki rəqib əla oynayırdı. Amma ikinci hissədə bir qədər yaxşı oynadıq. Əgər ilk dəqiqələrdən elə oynasaydıq, hər şey fərqli də ola bilərdi. Qol vurandan sonra mən düşündüm ki, oyunda dönüş yarada biləcəyik. Axı futbolda hər şey mümkündü. Amma təəssüf ki, buna nail ola bilmədik”.
