5 oktyabr 2012 17:29
Foqts Əfran İsmayılovla Cavid İmamverdiyevdən imtina etdi
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev zədəli olduğu üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Xatırladaq ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bakıda həyata keçirilən hazırlıq prosesi oktyabrın 13-dək davam edəcək.
