5 oktyabr 2012 11:18
Mövsümün 100-cü qolu vuruldu
Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Azerisport.az xəbər verir ki, bu, 8-ci turun “Rəvan” – ”İnter” oyununda baş verib.
Matçda hesabı açan Nizami Hacıyev çempionatın yubiley qolunun müəllifi olub. Ümumilikdə isə baş tutan 43 oyunda 101 qol vurulub və orta məhsuldarlıq 2,35-ə bərabərdi.
Qeyd edək ki, 2012/13-cü il mövsümünün ilk qolunu avqustun 4-də baş tutan “Kəpəz” – “Turan” oyununda İrakli Beraya vurmuşdu. Həmin vaxt Gəncə təmsilçisində oynayan hücumçu 10-cu dəqiqədə fərqlənmişdi.
