5 oktyabr 2012 00:00
Flavinyo: Üç qol buraxdıqdan sonra İnterə qarşı oynamaq daha da çətinləşdi
“Neftçi”nin futbolçusu Flavinyo UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:3 hesablı məğluiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Belə güclü rəqibə qarşı oynamaq heç də asan deyildi. Xüsusilə də top bizdə olmayanda. Rəqib çox erkən qollar vurdu. Ondan sonra “İnter”ə qarşı oynamaq daha da çətinləşdi. İndi bizə yalnız qarşıdakı “Rubin”lə oyuna köklənmək qalır. Bu rəqiblə görüşə motivasiya tapmalıyıq. Qol buraxmamağa çalışmalıyıq”.
